28 Ekim 2016 Cuma

Alqoritm anlayışı

Alqoritm anlayışı

Alqoritm riyaziyyatın əsas anlayışlarından biri olub, hələ kompüter yaranmamışdan əvvəl mövcud idi .Bu anlayış riyaziyyatda eyni tip məsələrin həllində ümumi üsulların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır.Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları ( alqoritmləri) ilk dəfə IX əsrdə məşhur özbək riyaziyyatçısı Əl-Xarəzm) tərəfindən verilmişdir ki,alqoritm termini də məhz bu riyaziyyatçının adından yaranmışdır.
Qeyd edək ki, hesab əməllərinin yerinə yetirilməsi prosesidə alqorizm adlandırılıb.1747-ci ildə alqorizm sözünün əvəzinə alqorismus istifadə olunub ki,bu da dörd hesabi toplama,çıxma,vurma və bölmə əməliyyatlarının kombinasiyalı hesablanmasıdır.1950-ci ildə isə alqorismus alqoritm sözü ilə əvəzləndi.
Alqoritm  verilmiş hər hansı məsələnin həlli üçün lazım olan əməliyyatları müəyyən edən və bu əməliyyatların hansı ardıcıllıqla yerinə yetirilməsini göstərən formal yazılışdır.Məsələnin kompüterlə həlli baxımından alqoritm məsələnin verilənləri üzərində icra olunan hesabi və məntiqi əməllər ardıcıllığır.Alqoritmin tərkibində onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır.Bu tələblərə alqoritmin xassələri deyilir.Alqoritmin əsas xassələri aşağıdakılardır:
1.Diskretlik. Məsələlərin həllinin yerinə yetirilmə alqoritmi ayrı-ayrı əməliyyatlara bölünür ki,bu da alqoritmin diskretliyi adlanır.
2. Müəyyənlik. Alqoritmin tərtibi məsələnin həllini ardıl yerinə yetirilən addımlara bölmək deməkdir.Burada əsas tələb ondan ibarətdir ki,hər bir addımın məzmunu və bu addımların yerinə yetirilmə ardııllığı müəyyən olunmalıdır ki, bu da alqoritmin müəyyənlik xassəsini təşkil edir.
3. Kütləvilik. Bu xassə iki tələbi nəzərdə tutur:
a)müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritm həmin sinifdən olan bütün məsələlərin yararlı olmalıdır;
b)alqoritm elə təsvir olunmalıdır ki,ondan hamı istifadə edə bisin.

4.Nəticəvilik. Alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır.

Hiç yorum yok:

Yorum Gönder