28 Ekim 2016 Cuma

İnformatika elmi

İnformatika elmi

İnformatika elminin funksiyaları ,imkanları, formaları,metodlarının çox şaxəliyi ilə əlaqədar olaraq çoxlu sayda tərifi var.
İnformatika-kompüterlərin köməyi ilə informasiya prosesləri və onların tətbiq sahələri ilə qarşılıqlı təsirlərdə olan insan fəaliyyətinin bir sahəsini əhatə edən elmdir.
Bəzən “informatika” və “kibernetika” anlayışlarını qarşılaşdırırlar.
Kibernetika – müxtəlif sistemlərdə ümumi idarəetmə prinsipləri haqqında elmdir. İnformatika kibernetikada olduğu kimi praktik olara, müxtəlif sistemlərdə idarəetmə məsələlərini həll etmədən ,informasiyanı daha geniş miqyasda emal etmək və yaratmağın öyrənilməsi ilə məşğul olur. İnformatika-müxtəlif təbiətli sistemlərdə informasiya və informasiya prosesləri ,həmçinin kompüter texnikasından istifadə etməklə onların avtomatlaşdırılması üsulları haqqında elmdir. . İnformatika geniş mənada informasiyanın emalı ilə əlaqədar olan vahid halda birləşmiş müxtəlif elm,texnika və istehsalat sahələridir. . İnformatika fundamental elm olaraq,digər elmlərlə əlaqədardır:
-fəlsəfə -ümumi elmi anlayış olan informasiya elmi kateqoriyası və dərketmə nəzəriyyəsi vasitəsi ilə;
-riyaziyyat-riyazi model,riyazi məntiq və alqoritmlər nəzəriyyəsi vasitəsi ilə ;
-kibernetika- idarəetmə elmi ilə;
-linqvistika-təbii dilləri öyrənən elm ilə ;
-sistemotexnika (ingiliscə,Systems Engineering) –texniki və sosial-texniki xarakterli mürəkkəb sistemlərin layihələndirilməsi,yaradılması,sınaqdan keçirilməsi və istismarını əhatə edən elmi və istiqamət ilə və s.
 İnformatika termini informasiya və avtomatika sözlərindən yaranmışdır.Bu termini ilk dəfə fransızlar (1960-cı il) avtomatlaşdırılmış informasiya elmi sahəsini adlandırmaq üçün istifadə etmişlər- information sicecne.Hal-hazırda “İnformatika” informasiya proseslərinin avtomatlaşdırılmasında istifadə olunan kompüter texnikası vasitələri və metodlarından bəhs edən elm sahəsi kimi formalaşmışdır.İnformatikada fakt ,məlumat,xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.Verilənlər bəzən qeyri-dəqiq ,həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər.Odur ki ,verilənlər dedikdə öyrənilən obyektin ,hadisənin və ya fikrin təsviri başa düşülür. Fakt hər hansı obyekt və ya hadisənin xassələrini təyin edir.
“İnformasiya”,”fakt” və “verilənlər” anlayışları arasında müəyyən fərqlər olsada ,informatikada bu anlayışlar eyni məna kəsb edirlər,yəni sadalanan terminlər sinonim kimi qəbul olunur.Bunun əsas səbəbi ondan ibarətdir ki,kompüterdə saxlanılan ,emal olunan və istifadəçiyə çatdırılan verilənlərin informasiya daşıyıb -daşımaması məsələsi istifadəçiyə aiddir.

1 yorum:

  1. Why is Sega's Sonic the Hedgehog 2 a better online
    After getting Sonic's Revenge on the Sega Genesis back in 제왕카지노 1991, 메리트카지노 it was a bit disappointing starvegad to see Sonic's Revenge as the main villain,

    YanıtlaSil