28 Ekim 2016 Cuma

Müəllimin inkişaf planı

Müəllimin inkişaf planı

Standartlara əsaslnan təhsil radikal dayişikliklər tələb edir. Müəllimlərin rahat və çoxdan qəbul edilmiş təcrübədən uzaqlaşaraq dəyişikliyin gətirdiyi qeyri-müəyyənliyi qəbul etməsi üçün müəyyən motivasiya olmalıdır. Peşəkar inkişafın səmərəli olması üçün aşağıdakılar tələb olunur:
İş gününün bir hissəsi ideyalar üzərində həmkarlarla birgə işləməyə həsr olunmalıdır.
Güclü dəstək olmalıdır.
Müəllim, mütəxəssis və məsləhətçi kimi tərübələr bölüşməlidir.
Beynəlxalq təcrübəyə əsaslanan peşəkar müzakirələrdə iştirak imkanı olmalıdır.
Peşəkar tanınma və mükafatlandırma vacibdir.
Peşəkar inkişaf mövcud təcrübələrin fərdi və kollektiv şəkildə yoxlanılması və kollektiv şəkildə yoxlanılması və təkmilləşdirilməsi prosesidir. Bu proses müəllimləri mürəkkəb qərarlar qəbul etməyə , problemləri müəyyən və həll etməyə , nəzəriyyə təcrübə və  həll etməyə ,nəzəriyyə ,təcrübə və şagirdlərin nəticələrini əlaqələndirməyə sövq etməlidir.
Peşəkar inkişaf həm də müəllimlərə şərait yaratmalıdır ki,şagirdlərə verilən bilik və bacarıqlar onların yetkin insan  kimi öz üzərinə məsuliyyət götürməsinə yardım etsin.
Müəllimin peşəkar inkişafının prinsiplərini anlamaq  üçün aşağıdakı bir neçə bölmədə irəli sürülmüş fikirlərə diqqət etmək lazımdır.
A: Müəllimin peşəkar inkişaf planı
1.Öyrətməyə və öyrənməyə şəxsi münasibətim: Müəllim kimi mən kiməm ?   Müəllim kimi öz fəlsəfənizi müəyyənləşdirmək üçün aşağıdakı suallardan istifadə edin:
Şagirdlərə və kurikuluma münasibətim necədir?
Mən necə öyrədirəm ?
Şagirdlər necə öyrənir? və.s
2. Peşəkar inkişaf modeli
İnkişaf imkanlarına dair bəzi nümunələr verilib:
İnternetdən öyrənmə
Fərdi şəkildə araşdırma
Layihələrdə inkişaf
Sorğu anketləri
Məşğələlər
Konfranslarda inkişaf və.s
B:Müəllimin peşəkar inkişaf planı
Hədəfə nail olmaq üçün gördüyünüz işlərin xülasəsini verin:
Hədəfinizə nail olmaqda siə nə kömək etdi?
Bu sizin tədris fəaliyyətinizə necə təsir edəcək?
Hədəfinizə nail olmaqda nəyi fərqli edərdiniz və nə üçün? və. s
1.Peşəkar inkişaf fənnin nəzəri əsaslarını dərindən bilmək deməkdir.
Fənnin məzmununu yaxşı bilməyənlər onu yaxşı tədris edə bilməz.Buna görə də peşəkar inkişafın məqsədlərindən biri müəllimlərə məzmunun dərindən öyrədilməsidir.
2.Peşəkar inkişaf zəngin pedaqoji yanaşmalara əsaslanmalıdır.
Mözunu bilmək əhəmiyyətlidir, lakin bu kifayət etmir.Bununla yanaşı müəllimlər həm də şagirdlərə mözunu necə başa salmağın yolunu bilməlidirlər.
3.Peşəkar inkişaf ən qabaqcıl elmi-metodiki araşdırmalara əsaslanmalıdır.
Uzun müddət ərzində pedaqoqlar təlimat qərarlarını qəbul edən zaman ənələrdən və ya öz hisslərindən başqa digər heç nəyə arxalanmırdı.Müəllimlərin səmərəli təcrübələri digərləri arasında paylaşmalıdır.
4.Müəllimin peşəkar inkişafının son nəticəsi şagirdlərin təlim nailiyyətlərində özünü göstərməlidir.
Müəllimin peşəkarlığı tədris prosesində müəyyən dəyişikliklərə imkan verməlidir ki,şagirdlərin daha yüksək nailiyyətlər əldə etməsinə səbəb olsun.Peşəkar müəllim şagirdləri çalışqanlığa söq etməlidir.Şagirdlərin təlim nailiyyətləri müəllimin peşəkarlığının göstəricisidir.
5. Peşəkarlıq müəllimin intelektual inkişafını  və tədris bacarıqlarını ifadə edir.
Müəllimlər bilir ki, şagirdlər üçün eyni dərəcədə effektiv olan tədris metodu yoxdur.Dügün peşəkar inkişaf yolu seçən müəllimlər çətin məsələlər və qəliz mövular barədə düşünür, həmkarları ilə və həmkarlarından öyrənir, şagirdləri ilə istifadə etməli olacaqları resursları özləti yaradırlar.
6.Peşəkar inkişaf planında müəllimlər üçün kifayət qədər vaxt, dəstək və resurslar nəzərdə tutulmalıdır ki, onlar yeni məzmunu və pedaqoji yanaşmanı peşəkar səiyyədə mənimsəsin və tərübədə istifadə etsin.
Peşəkar inkişaf konkret bir an ərzində baş vermir. Bu bir hadisə deyil, bir prosesdir.Peşəkar inkişaf üçün həmkarların və məktəb rəhbərliyinin dəstəyi çox önəmlidir.




Hiç yorum yok:

Yorum Gönder