28 Ekim 2016 Cuma

Sosial şəbəkələr

Sosial şəbəkələr

Sosial şəbəkə-sosial obyektlər çoxluğu və onlar arasında sosial əlaqələrdən ibarət sosial strukturdur.Sosial obyektlər kimi təkcə insanlar deyil,sosial qruplar ,icmalar,təşkilatlar,partiyalar,ölkələr və.s çıxış edə bilər.Onları sosial şəbəkələrin aktorları və ya qovşaqları adlandırırlar.Sosial əlaqələr dedikdə , aktorlar arasında təkcə qarşılıqlı komunikasiya əlaqələri deyil,müxtəlif resursların mübadiləsi ,münaqişələr də daxil olmaqla birgə fəaliyyət və.s başa düşülür.
Sosial şəbəkələri təsvir etməyin iki əsas yolu var :qraf və matris şəklində.Aktorlar arasında bir və ya bir neçə növ əlaqə ola bilər.Aktorları arasında yalnız bir növ əlaqə olan şəbəkə simpleks şəbəkə ,bir neçə növ əlaqə olan şəbəkə multipleks şəbəkə adlanır.Sosial şəbəkələr eynitipli (ing.one mode) və müxtəlif tipli (ing.two-mode) şəbəkələrə bölünür.
Faebook- istifadəçisi olmaq üçün www.facebook.com saytında qeydiyyatdan keçmək lazımdır.Pulsu olan bu sosial şəbəkənin istifadəçiləri aşağıdakı imkanlardan yararlanmaq hüququna malikdirlər:
Profil,qrup və səhifələrin təşkil edilməsi;
Status,şəkil,video və faylların paylaşılması;
Facebook səhifəsi,sayt və.s xidmətlərin (pullu) reklamı
Myspace-sosial şəbəkəsinin üzvü olmaq üçün www.myspace.com saytında qeydiyyatdan keçdikdən sonra ilk addım kimi profil düzəltmək tələb olunur.Sonra siz öz dostlarınızı bura dəvət edə bilərsiniz.Dostlarınızın dostları və digərləri isə sizin genişlənmiş şəbəkənizin sakinləri ola bilər.
Twitter,çox sadə xidmət təklif edən və sürətlə böyüyən sosial şəbəkədir.Siz www.twitter.com saytında qeydiyyatdan keçirsiniz və Twitter hesbına yiyələnirsiniz.Bu hesab vasitəsilə şəbəkənizə daxil olan şəxslərə hamısına ismarışlar göndərə və qəbul edə bilərsiniz.
LinkedIn,biznes platforması üçün nəzərdə  tutulmuş sosial şəbəkədir.Bu sosial şəbəkə iş axtaranlar ,satış potensialını artırmaq istəyənlər və biznes əlaqələrini genişləndirmək istəyənlər üçün əvəzsiz online vasitədir. LinkedIn sosial biznes şəbəkəsindən istifadə etmək üçün  www.linkedin.com saytında qeydiyyatdan keçmək və profil düzəltmək lazımdır.
Classmates.com-un bir çox xüsusiyyətləri yalnız premium üzvlər üçün olduğundan digər sosial şəbəkələrdən fərqlənir.Premium üzvlər üçün ödəniş isə razılaşmanın müddətindən asılı olaraq dəyişir. Classmates.com köhnə sinif yoldaşlarınızla yenidən əlaqə saxlamaq üçün istifadə olunur.Bu sosial şəbəkənin ən üstün xüsusiyyətləri ödənişli üzvlər olsada, profil yaratmaq çox asan və ödənişsizdir.

Badoo çoxdilli sosial şəbəkədir.Rusiya və Braziliya kimi inkişaf etməkdə olan bazarlarda populyarlıq qazanmaqdır.Sayt istifadəçilərə  profil yaratmaq ,bir-birlərinə mesaj göndərmək ,profillərini qiymətləndirmək kimi ödənişsiz olaraq təklif edir.Badoo şəbəkə təhlili əsasında üzvlərin yerlərini və coğrafi yaxınlıqlarını müəyyən edə bilir ki,buda istfadəçilərə görüşmək istədikləri insanların yaxınlıqda olub-olmadığını müəyyən etməyə imkan verir.

Hiç yorum yok:

Yorum Gönder