Fənn kurikulumu
Kurikulum nəticəyönümlü təhsil proqramıdır.Fənn
kurikulumlarında təhsilin
məzmunu ( məzmun standartları) ,təşkili (təlim
strategiyaları ) və qiymətləndirilməsi
(qiymətləndirmə standartları) ilə bağlı bütün
məsələlər əks olunub.Müasir təhsil
sistemləri daha çox biliklərin verilməsinə
deyil,əldə edilmiş biliklərin bacarıq kimi istifadə
edilməsinə imkan verən təhsil proqramlarına
üstünlük verirlər.Ölkəmizdə bu məsələ
1999-cu ildə təsdiq olunmuş “Azərbaycan
Respublikasının təhsil sahəsində İslahat Proqramı “da öz əksini tapdı.Proqram
dünya təhsilinin qabaqcıl tərübəsini öyrənmək ,mütərəqqi cəhətlərini milli və
tarixi dəyərlərimizi nəzərə almaqla tətbiq etmək ,bazar iqtisadiyyatının tələblərinə
cavab vermək , bütün şagirdlərin təlim nəticələrini yüksəltməklə ümum təhsilin
keyfiyyətini artırmaq ,Azərbayanda şəxsiyyətyönümlü və nəticəyönümlü təhsilin
gerçəkləşməsinə nail olmaq tələblərini irəli sürdü.Fənn kurikulumları aşağıdakı
ümumi prinsiplərə istinad olaraq hazırlanmışdır:
-milli və ümumbəşəri dəyərlərin nəzərə
alınması;
-ümumi inkişafı, meyil və maraqları nəzərə
alınmaqla bütün şagirdlərə əlerişli təlim şəraitinin yaradılması;
-tələbyönümlülük;
-şəxsiyyətyönümlülük;
-şagirdyönümlülük;
-nəticəyönümlülük;
-inteqrativlik.
“Tələbyönümlülük”
– fərdin,cəmiyyətin və dövlətin dəyişən ehtiyac və təlabatlarının nəzərə
alınmasıdır.
“Şəxsiyyətyönümlülük” –Təhsil alanın həyati
bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin
formalaşmasıdır.
“Şagirdyönümlülük” – Şagird pedaqoji prosesin
mərkəzində dayanır.Bütün tədris və təlim fəaliyyəti şagirdlərin maraq və təlabatların
ödənilməsinə,onların istedad və qabiliyyətlərinin ,potensial imkanlarının
inkişafına yönəldilir.
“Nəticəyönümlülük”- Əldə olunması nəzərdə
tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.
“İnteqrativlik”- təhsilin məzmun komponentlərinin
bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.
Fənn kurikulumunun hazırlanmasında və tətbiqində
,əsasən ,pedaqoji ictimaiyyət ,bilavasitə müəllimlər iştirak edir.Bu sənəd
birbaşa pedaqoji prosesi təşkil edənləri ,onu həyata keçirənləri istiqamətləndirir.
Bütün fənn kurikulumlarında inteqrasiya xüsusi
tələb kimi nəzərə alınıb.Bir prinsip kimi onun nəzərə alınması təhsilin bütün mərhələlərində
potensial əlaqələri tapmağa ,onları fəaliyyət
müstəvisində reallaşdırmağa imkan yaradır. Bura məzmunun inteqrativliyi,fənnin
inteqrativliyi,standartların inteqrativliyi,kurikulumların
inteqrativliyi,bacarıqda inteqrativlik,prosesdə inteqrativlik və s. aiddir.
Kurikulum konseptual sənəd olduğuna görə ilk
növbədə təlimin məzmununu ifadə edən dərslik komplektini və digər resursları
istiqamətləndirir.Bu baxımdan istər fəndaxili , istərsə də fənlərarası
inteqrasiya əlaqəli standartların fonunda verilir.
Hiç yorum yok:
Yorum Gönder