28 Ekim 2016 Cuma

Lokal və qlobal şəbəkələr

Lokal və qlobal şəbəkələr

Şəbəkələrin iki əsas kateqoriyası mövcuddur-lokal və qlobal şəbəkələr.
Lokal şəbəkələrə (Lokal Area NetWorks,LAN) adətən,əhatə dairəsinin radiusu 1-2 km-dən çox olmayan kompüter şəbəkələrini aid edirlər.Lakin qeyd etmək lazımdır ki,bəzi hallarda lokal şəbəkənin əhatə etdiyi məsafə daha çox ,məsələn,onlarla kilometr ola bilər.Ümumi halda lokal şəbəkə bir təşkilata aid olan kommunikasiya sistemidir.Lokal şəbəkələrdə məsafələr qısa olduğu üçün bahalı və keyfiyyətli rabitə xətlərinin istifadəsi mümkündür.Belə rabitə xətləri informasiyanın ötürülməsinin sadə üsullarını istifadə etməklə verilənlər mübadiləsinin sürətinin 100 Mbit/s-yə çatdırmağa imkan yaradır.Bununla əlaqədar olaraq,lokal şəbəkələrin təqdim etdikləri xidmətlər müxtəlifliyi ilə fərqlənirlər və adətən online rejimində realizasiyanı nəzərdə tuturlar. Lokal şəbəkələrin digər şəbəkələrdən fərqi mübadilənin yüksək sürətli olmasıdır. Lokaı şəbəkə ilə müxtəlif rəqəmsal informasiya ötürülə bilər: verilənlər, təsvirlər,telefon danışıqları və.s.Əksər hallarda lokal şəbəkələr disk mühiti ,çap qurğuları və qlobal şəbəkəyə çıxış kimi resursların bölünməsi üçün istifadə olunurlar. Lokal şəbəkələrin bir sıra çatışmazlıqları da mövcuddur.Avadanlıq və şəbəkə proqram təminatının alınmasına, birləşdirici kabellərin çəkilməsi və işçi heyətin öyrənilməsi əlavə maddi xərlər tələb edir ,eyni zamanda şəbəkə adminstratoru adlanan mütəxəssis də tələb edir.
Qlobal şəbəkələr (Wide Area NetWorks, WAN) müxtəlif şəhər və ölkələrdə yerləşə bilən ,məsafəyə görə səpələnmiş kompüterləri birləşdirirlər.Bu şəbəkələr çox sayda son abunəçilərə öz xidmətlərini təqdim etmək üçün istifadə olunurlar. Qlobal şəbəkələr onlardan çox əvvəl yaranmış telefon şəbəkələrindən çox şeyi irsən qəbul edir.İlk qlobal kompüter şəbəkələrinin yaradılmasının əsas nəticəsi uzun müddət telefon şəbəkələrində istifadə olunan kanalların kommutasiyası prinsipindən imtina edilməsidir.Qlobal kompüter şəbəkələrin ənənəvi abunəçiləri müxtəlif şəhər və ölkələrdə yerləşən müəssisələrin lokal şəbəkələridir.Adətən qlobal şəbəkələri iri telekommunikasiya kampaniyaları tərəfindən abunəçilərə pullu xidmətlərin göstərilməsi üçün yararlıdır.Belə şəbəkələri itimai şəbəkələr adlandırırlar.Şəbəkənin normal işini dəstəkləyən kompaniya şəbəkənin operatoru adlanır. Xidmət təklif edən kompaniyaya adətən provayder deyilir.Hal-hazırda müxtəliflik və xidmətlərin keyfiyyətinə görə qlobal şəbəkələr,uzun müddət bu sahədə liderlik edən lokal şəbəkələrə çatıblar.

Qlobal şəbəkələr, əsasən , dörd cür olurlar:şəhər,regional,milli və transmilli.Giriş-çıxış qurğuları kimi bir-birindən müəyyən məsafələrdə yerləşən çap ə ya sürət çıxaran qurğulardan ,kassalar və bank aparatlarından ,displeylərdən və fakslardan istifadə oluna bilər.

Hiç yorum yok:

Yorum Gönder