Summativ qiymətləndirmə
Summativ
qiymətləndirmə kiçik və böyük olmaqla iki yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim
tərəfindən , böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil
müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti
ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Summativ qiymətləndirmələrin
nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq
olunan siniflərdə tədris vahidlərinin sonunda altı həftədən gec olmayaraq müəllim
tərəfindən keçirilir.Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə
alınır.
Kiçik
summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt üsul və vasitələr fənni tədris
edən müəllim tərəfindən hazırlanır.Böyük
summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin
təşkil etdiyi komissiya tərəfindən hazırlanır.Kiçik summativ qiymətləndirmənin
keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının
qarşısındakı xana dioqanalla 2 yerə ayrılır və onun sürətində “q”(qaib) yazılır
, məxrəci isə boş buraxılır.Müəllim həmin şagirdlə növbəti iki həftə ərzində
summativ qiymətləndirmə aparır və onu nəticəsini məxrəcdə qeyd edir.
Şagird
birinci yarımildə summativ qiymətləndirmədə iştirak etmədikdə , bir ay müddətində
onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir.Şagird ikinci
yarımildə üzürlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ,
ikinci yarımillik qiyməti çıxarılarkən birinci böyük summativ qymətləndirmədə
aldığı qiymət həm də ikinci yarımildəki summativ qiymət hesab olunur.Şagirdin
üzürsüz səbəbdən iştirak etmədiyi ikinci yarımildəki böyük summativ qiymətləndirmənin
nəticəsi yarımillik qiyməti çıxarılarkən “0” qəbul edilir.
Summativ
qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə
olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
Şagirdin
qiyməti düzgün cavabların maksimum bala nisbəti ilə faiz göstəricisinə uyğun müəyyənləşdirilir:
|
Şagirdin yerinə yetirdiyi tapşırıqların
faizlə miqdarı
|
Şagirdin qiyməti
|
1
|
[ 0% - 40% ]
|
2 ( qeyri – kafi )
|
2
|
( 41% - 60%]
|
3 ( kafi )
|
3
|
(61% - 80%]
|
4 ( yaxşı)
|
4
|
(81% - 100%]
|
5 (
əla )
|
Hiç yorum yok:
Yorum Gönder