Mətn redaktorları
Mətn
redaktorları mətnli informasiyanın emalı üçün təyin olunur və aşağıdakı
funksiyaları yerinə yetirir:
-Mətnin fayla yazılması,
-Simvol ,sətir və mətn hissəsinin yerləşdirilməsi
,silinməsi və əvəz olunması ;
-Başlıqların hazırlanması,mətnlərin səhifələrə
bölünməsi;
-Sadə şəkillərin mətnlərə daxil edilməsi , mətnlərin
çapı və.s
Mətn redaktorlarından geniş
yayılanları aşağıdakılardır: Mirosoft Word, Word Perfect ,ChiWriter,Multiedit və
s. Windows əməliyyat sistemində standart
Notepad mətn redaktorundanda istifadə olunur.Bir çox sənədlərin tərtibində
onların formatlaşdırılması tələb olunur ki, bunlara da mətn prosessorları
deyilir.Bütün mətn redaktorları yalnız mətnləri emal etdiyindən bir-biri ilə
uyuşandır.Müxtəlif mətn prosessorları isə informasiyanı fayla müxtəlif formatda
yazdığından bir-biri ilə bilavasitə uyuşan deyil. Windows
əməliyyat sisteminə sadə Word Pad mətn
prosessoru daxildir. Windows
sistemində formatlaşmamış mətn faylının genişlənməsi .txt, Word Pad-ın fayllarının
genişlənməsi isə .rtf-dir.Daha geniş istifadə olunan mətn prosessorlarına Word,
AmiPro və s misal göstərmək olar.Bu prosessorlardan ən çox istifadə olunan
Word-dür və onun hal –hazırda istifadə olunan sonuncu versiyası Word 2013-dür.
Bir çox mətn prosessorları üçün ümumi olan bir
sıra anlatışlara baxaq. Hazırlanacaq sənəd müxtəlif elementlərdən –
simvollardan ,abzaslardan ,sətirlərdən ,bölmələrdən, haşiyələrdən ,kadrlardan və
sərlövhələrdən ibarət olur.
Simvol sənəd mətninin minimal elementidir.Hər
bir simvol ikilik kodla ifadə olunur. Windows-da
simvolların kod təsviri üçün ANSI standartından
istifadə olunur.Abzas isə təyin
olunmuş şəkildə mətn fraqmentlərinin tərtibatıdır.
Sərlövhə -arayış mətni yerləşdirilən səhifə
sahəsidir.Adətən bu arayış mətni səhifənin nömrəsindən sənəd ,bölmə və ya fəslin
adından ibarət ola bilər.Haşiyə isə sənədin
əsas mətninin xaricinə çıxarılmış və adətən digər mənbənin mətninə istinadı
olan şərhdir.
Kadr mətn
,şəkil və ya cədvəl yerləşdirmək üçün görünən və ya görünməyən çərçivədir.Kadr
ona məna verən sənədin mətni ilə sipərlənə bilər.Sənədin sistem üslubları-sənədin müxtəlif elementləri və
simvollardan təşkil olunmuş abzaslarla təyin olunmuş standart üsullara tərtibatıdır.Bölmə sənədin ayrıa bir hissəsidir
ki,buradakı səifələrin öz parametrlərini və kolontitullarını təyin etmək
mümkündür.
WYSIWYG (What You See Is What You Get –nə
görürsünüz ,o da çap olunur)-rejimi onu göstərir ki, redaktə olunmuş sənəd
ekranda necə görünürsə , o cür də çap
olunur.
Mətn prosessorlarında yaradılan sənədlərə müxtəlif
obyektləri ,məsələn, cədvəlləri ,şəkilləri ,diaqramları daxil etmək mümkündür.Mətn
prosessorlarında bu obyektlərin yaradılması və redaktəsi mühitdən çıxmadan həyata
keçirilir.Bu zaman nəinki,xüsusi vasitələrdən ,həm də , Windows-un
digər tətbiqi proqram vasitələrindən də istifadə oluna bilər.
Hiç yorum yok:
Yorum Gönder