Fəal dərsin quruluşu
I mərhələ : Motivasiya , problemin qoyulması
Hər bir tədqiqat problemi müəyyənləşdirməklə
başlayır.Problem həmişə çoxsaylı fərziyyələr , ehtimallar doğurur və bunları
yoxlamaq üçün ilk növbədə tədqiqat sualının formalaşdırılması lazım gəlir.Çünki
tədqiqat sualı yeni biliklərin formalaşdırılmasında bələdçi kimi çıxış edir .
Bu mərhələ şagirdləri düşünməyə , idraki fəallığa
söq etdiyindən həm də motivasiya adlandırılır.Bu prosesdə uşaq öz fikrini “ Zənnimcə
“ “ Mənə belə gəlir ki “ , “ Mən belə hesab edirəm ki “ sözlərindən istifadə
etməklə ifadə edir.
Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə
əməl olunması tövsiyyə edilir:
1. Motivasiya sualı qeyri-adi , maraqlı olmalı
;
2. Fərziyyələri söyləmək , tədqiqat sualını müəyyənləşdirmək üçün imkan verməli ;
3. Müəllim şagirdlərə yönəldici suallar verməli
, fərziyyələri irəli sürərkən onları həvəsləndirməli ;
4. Təlimin məzmununa uyğun müəyyənləşdirməli və
dərsin məqsədinə yönəldilməldir .
II mərhələ : tədqiqatın aparılması
Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş
üsulları seçilir . Tədqiqat sualına kömək edəcək faktları tamaq üçün məqsədyönlü
iş aparılır . Şagirdlərə müxtəlif çalışmalar verilir . Beləliklə, tədqiqat
sualına cavab tapmaq üçün zəmin yaranır .Toplanmış faktlar əsasında təqdimatlar
hazırlanır .
Tədqiqat müxtəlif formalarda : böyük qrupda ,
kiçik qruplarda , cütlük şəklində və fədi qaydada aparılır.
III mərhələ : informasiya mübadiləsi
Təqqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim
tapşırığın icrasının başa çatdığını bildirir . Bundan sonra şagirdlər
informasiyanın təqdimatına başlayır , əldə etdikləri yeni informasiyaları digər
iştirakçılarla bölüşürlər . Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən
asılır .
IV mərhələ : informasiyanın müzakirəsi və
təşkili
Mövcud mərhələnin məqsədi yeni əldə edilmiş
informasiyanı sistemləşdirmək və qrupların hazırladıqları təqdimatlar
arasındakı əlaqəni üzə çıxarmaqdır .Bu mərhələdə müəllim köməkçi suallardan
istifadə etməklə əldə olunmuş faktların məqsədyönlü müzakirəsini təşkil edir.
Müzakirə prosesində müəllim öz fikrini şagirdlərə zorla qəbul etdirməməlidir.
V mərhələ : nəticə və ümumiləşdirmə
Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi
ilə əldə olunan bilgiləri ümumiləşdiririr , əldə edilmiş ideyanı tədqiqat sualı
ilə ( o bu suala cavab verirmi? ) və
şagirdlərin ilkin fərziyyələri ilə ( bunların arasında düzgün olanları varmı?
)müqayisəsini təşkil edir .
VI mərhələ : yaradıcı tətbiqetmə
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, praktiki əhəmiyyətini
artırır. Bu məqsədlə şagirdlərə praktik tapşırıqlar verilir.Əgər yaradıcı tətbiqetməni
dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir.
VII mərhələ:Dərsdə
alınmış bilik , bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş
yayılmış sərbəst iş forması ev tapşırıqlarıdır.Fəal təlim prosesində belə
tapşırıqlardan istifadə olunur .Onların daha çox tədqiqat və yaradıcılıq
elementləri ilə zəngin olmasına diqqət yetirilir.
Qiymətləndirmə
Qiymətləndirmə
şagirdlərin təlimdəki fəaliyyətlərin izlənməsi prosesidir. Qiymətləndirmə
konkret meyarlar üzərində aparılmalıdır.Müəllim şagirdləri əvvəlcədən bu
meyarlarla tanış etməlidir.
Refleksiya
Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil
etməyə və onu dərindən başa düşməyə imkan verir.
Şagidlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək
edə biləcək bir neçə sual verməklə onların fikirlərini sistemləşdirmək olur . Nəticədə
şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini nəzərdən keçirilir.
Play The Real Money Slot Machines - Trick-Taking Game - Trick-Taking
YanıtlaSilHow to 스포츠 토토 승부 식 분석 벳피스트 Play. Play The Real Money Slot Machine. If you are air jordan 18 retro clearance searching for a fun, exciting game to how can i get air jordan 18 retro yellow play online, we 폰타나 벳 have you covered. 예스 벳 88