28 Ekim 2016 Cuma

Fəal dərsin quruluşu

Fəal dərsin quruluşu

I mərhələ : Motivasiya , problemin qoyulması
Hər bir tədqiqat problemi müəyyənləşdirməklə başlayır.Problem həmişə çoxsaylı fərziyyələr , ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualının formalaşdırılması lazım gəlir.Çünki tədqiqat sualı yeni biliklərin formalaşdırılmasında bələdçi kimi çıxış edir .
Bu mərhələ şagirdləri düşünməyə , idraki fəallığa söq etdiyindən həm də motivasiya adlandırılır.Bu prosesdə uşaq öz fikrini “ Zənnimcə “ “ Mənə belə gəlir ki “ , “ Mən belə hesab edirəm ki “ sözlərindən istifadə etməklə ifadə edir.
Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyyə edilir:
1. Motivasiya sualı qeyri-adi , maraqlı olmalı ;
2. Fərziyyələri söyləmək , tədqiqat  sualını müəyyənləşdirmək üçün imkan verməli ;
3. Müəllim şagirdlərə yönəldici suallar verməli , fərziyyələri irəli sürərkən onları həvəsləndirməli ;
4. Təlimin məzmununa uyğun müəyyənləşdirməli və dərsin məqsədinə yönəldilməldir .
II mərhələ : tədqiqatın aparılması
Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş üsulları seçilir . Tədqiqat sualına kömək edəcək faktları tamaq üçün məqsədyönlü iş aparılır . Şagirdlərə müxtəlif çalışmalar verilir . Beləliklə, tədqiqat sualına cavab tapmaq üçün zəmin yaranır .Toplanmış faktlar əsasında təqdimatlar hazırlanır .
Tədqiqat müxtəlif formalarda : böyük qrupda , kiçik qruplarda , cütlük şəklində və fədi qaydada aparılır.
III mərhələ : informasiya mübadiləsi
Təqqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa çatdığını bildirir . Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayır , əldə etdikləri yeni informasiyaları digər iştirakçılarla bölüşürlər . Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən asılır .
IV mərhələ : informasiyanın müzakirəsi və təşkili
Mövcud mərhələnin məqsədi yeni əldə edilmiş informasiyanı sistemləşdirmək və qrupların hazırladıqları təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdır .Bu mərhələdə müəllim köməkçi suallardan istifadə etməklə əldə olunmuş faktların məqsədyönlü müzakirəsini təşkil edir. Müzakirə prosesində müəllim öz fikrini şagirdlərə zorla qəbul etdirməməlidir.
V mərhələ :  nəticə və ümumiləşdirmə
Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdiririr , əldə edilmiş ideyanı tədqiqat sualı ilə ( o bu suala cavab verirmi? ) və şagirdlərin ilkin fərziyyələri ilə ( bunların arasında düzgün olanları varmı? )müqayisəsini təşkil edir .
VI mərhələ : yaradıcı tətbiqetmə
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, praktiki əhəmiyyətini artırır. Bu məqsədlə şagirdlərə praktik tapşırıqlar verilir.Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir.
VII  mərhələ:Dərsdə alınmış bilik , bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş forması ev tapşırıqlarıdır.Fəal təlim prosesində belə tapşırıqlardan istifadə olunur .Onların daha çox tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına diqqət yetirilir.
Qiymətləndirmə
 Qiymətləndirmə şagirdlərin təlimdəki fəaliyyətlərin izlənməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzərində aparılmalıdır.Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.
Refleksiya
Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu dərindən başa düşməyə imkan verir.
Şagidlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək edə biləcək bir neçə sual verməklə onların fikirlərini sistemləşdirmək olur . Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini nəzərdən keçirilir.





1 yorum:

  1. Play The Real Money Slot Machines - Trick-Taking Game - Trick-Taking
    How to 스포츠 토토 승부 식 분석 벳피스트 Play. Play The Real Money Slot Machine. If you are air jordan 18 retro clearance searching for a fun, exciting game to how can i get air jordan 18 retro yellow play online, we 폰타나 벳 have you covered. 예스 벳 88

    YanıtlaSil