İnformatika elmi
İnformatika elminin funksiyaları ,imkanları,
formaları,metodlarının çox şaxəliyi ilə əlaqədar olaraq çoxlu sayda tərifi var.
İnformatika-kompüterlərin köməyi ilə
informasiya prosesləri və onların tətbiq sahələri ilə qarşılıqlı təsirlərdə olan
insan fəaliyyətinin bir sahəsini əhatə edən elmdir.
Bəzən “informatika” və “kibernetika”
anlayışlarını qarşılaşdırırlar.
Kibernetika – müxtəlif sistemlərdə ümumi idarəetmə
prinsipləri haqqında elmdir. İnformatika kibernetikada olduğu kimi praktik olara,
müxtəlif sistemlərdə idarəetmə məsələlərini həll etmədən ,informasiyanı daha
geniş miqyasda emal etmək və yaratmağın öyrənilməsi ilə məşğul olur. İnformatika-müxtəlif təbiətli sistemlərdə
informasiya və informasiya prosesləri ,həmçinin kompüter texnikasından istifadə
etməklə onların avtomatlaşdırılması üsulları haqqında elmdir. . İnformatika geniş mənada informasiyanın
emalı ilə əlaqədar olan vahid halda birləşmiş müxtəlif elm,texnika və
istehsalat sahələridir. . İnformatika fundamental
elm olaraq,digər elmlərlə əlaqədardır:
-fəlsəfə -ümumi elmi anlayış olan informasiya
elmi kateqoriyası və dərketmə nəzəriyyəsi vasitəsi ilə;
-riyaziyyat-riyazi model,riyazi məntiq və
alqoritmlər nəzəriyyəsi vasitəsi ilə ;
-kibernetika- idarəetmə elmi ilə;
-linqvistika-təbii dilləri öyrənən elm ilə ;
-sistemotexnika (ingiliscə,Systems Engineering)
–texniki və sosial-texniki xarakterli mürəkkəb sistemlərin layihələndirilməsi,yaradılması,sınaqdan
keçirilməsi və istismarını əhatə edən elmi və istiqamət ilə və s.
İnformatika termini informasiya və
avtomatika sözlərindən yaranmışdır.Bu termini ilk dəfə fransızlar (1960-cı il)
avtomatlaşdırılmış informasiya elmi sahəsini adlandırmaq üçün istifadə etmişlər-
information sicecne.Hal-hazırda “İnformatika”
informasiya proseslərinin avtomatlaşdırılmasında istifadə olunan kompüter
texnikası vasitələri və metodlarından bəhs edən elm sahəsi kimi
formalaşmışdır.İnformatikada fakt ,məlumat,xəbər terminləri çox vaxt “verilənlər”
sözü ilə ifadə olunur.Verilənlər bəzən qeyri-dəqiq ,həqiqətdə mövcud olmayan
anlayışları ifadə edə bilər.Odur ki ,verilənlər dedikdə öyrənilən obyektin
,hadisənin və ya fikrin təsviri başa düşülür. Fakt hər hansı obyekt və ya hadisənin
xassələrini təyin edir.
“İnformasiya”,”fakt” və “verilənlər”
anlayışları arasında müəyyən fərqlər olsada ,informatikada bu anlayışlar eyni məna
kəsb edirlər,yəni sadalanan terminlər sinonim kimi qəbul olunur.Bunun əsas səbəbi
ondan ibarətdir ki,kompüterdə saxlanılan ,emal olunan və istifadəçiyə
çatdırılan verilənlərin informasiya daşıyıb -daşımaması məsələsi istifadəçiyə
aiddir.
Why is Sega's Sonic the Hedgehog 2 a better online
YanıtlaSilAfter getting Sonic's Revenge on the Sega Genesis back in 제왕카지노 1991, 메리트카지노 it was a bit disappointing starvegad to see Sonic's Revenge as the main villain,